Nazilə Səfərli həbs xəbərindən danışdı: “Getmişəm, yenə də gedəcəyəm”

ŞOU-BİZNES 11 iyl 2022, 14:21
"Kəlbəcərə getmişəm, yenə də gedəcəyəm. Çünki orada işim var”.

Bunu Qaynarinfo-ya açıqlamasında şairə Nazilə Səfərli həbs olunması xəbərinə aydınlıq gətirərkən deyib. O, heç vaxt qanundan kənar addım atmadığını vurğulayıb:

"Həbs çox ağır xəbərdir. Belə məlumatı yayanda mütləq adamın ailəsini nəzərə almaq lazımıdr. Ata-anası, ailəsi, balası, gəlini, qudası bu xəbəri eşidəndə nə yaşayacaqlar? Hətta həbs xəbəri düzgün olsa belə, ehtiyatlı davranmağı bacarmaq lazımdır. Peşəkarlar heç vaxt havadan məlumat yazmır, onu dəqiqləşdirir. Qeyri-peşəkardırlar. Mən nə deyim? O qədərmi cahiləm ki, qanunsuz, icazəsiz 30 ildir həsrətində olduğum torpaqların ziyarətinə gedim? Yox, mən bunu qanunsuz heç vaxt etmərəm”.



Nazilə Səfərli insanlara səslənib:

"Oturub fikirləşirəm ki, niyə məndən bu qədər yazırlar? Gör nə qədər şair, yazıçı var. Qələmi qılıncdan iti şairlərimiz də çoxdur, niyə onlardan yazmırlar? Çox qəribədir. Bəziləri yazırlar ki: "Gürcüstanlı getdi Kəlbəcərə, biz qaldıq”. Hətta bir neçə kəlbəcərli iş adamı var ki, mənim ora getməyimə etirazlarını bildirir, niyə Nazilə Səfərli Gürcüstandan ola-ola Kəlbəcərə gedir, amma biz burdan-bura ora gedə bilməmişik. Mənim həmin anda ağlıma dayım oğlu gəldi. Dayım oğlu müharibədə olub və orada qızğın döyüşlərdə itkin düşmüşdü. Hardasa 3-4 gün biz onu tapa bilmədik. Mən onu morqlarda meytlər və itkin düşənlər arasında axtardım. Bir insan soruşmadı ki, sən Gürcüstandansan, xeyir ola, gəlib Qarabağda döyüşən qohumunu axtarırsan? Xeyir ola, siz döyüşürsünüz? Şəxsi büdcəmdən 5 min manat Azərbaycan ordusuna keçirdim. Bir adam sual vermədi ki, sən Gürcüstandansan, xeyir ola, sən də pul keçirirsən? Amma mən Kəlbəcərə gedən kimi başladılar ki, xeyir ola, Nazilə Kəlbəcərə gedib. Bax siz busunuz, - cahil düşüncəli insanlara səslənirəm. Mən 1993-cü ildən Azərbaycan vətəndaşıyam. Orta məktəbin son siniflərini burda bitirmişəm. Azərbaycanın suyunu içib, torpağında gəzmişəm. Buranın pisinə də varam, yaxşısına da. Ruhumla türkəm, azərbaycanlıyam”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top