Zelenski Britaniyanın Ukrayna ilə bağlı siyasətinin dəyişməyəcəyinə əmindir

XARİCİ SİYASƏT 07 iyl 2022, 20:06
Ukrayna Prezidenti Vladimir Zelenski əmindir ki, Boris Conson istefa versə də, Britaniyanın onun ölkəsi ilə bağlı siyasəti dəyişməyəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Zelenski CNN-ə müsahibəsində deyib.

Boris Consonu Ukraynanın "həqiqi dost"u adlandıran Zelenski vurğulayıb ki, Conson Ukraynanı tam dəstəkləyib və bununla da Britaniyanın tarixin doğru tərəfində olmasını seçib.

“Mən əminəm ki, Britaniyanın siyasəti dəyişməyəcək. Baş nazir Consonun atdığı addımlarla bizim münasibətlərimiz daha da güclənib. Biz Britaniyadan güclü hərbi dəstək almışıq”, - Zelenski əlavə edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 avq 2022, 21:43
Top