Şadlıq sarayında yanğın: 100 nəfər təxliyə edildi — YENİLƏNİB

HADİSƏ 07 iyl 2022, 22:13
Gəncə şəhərində ümumi sahəsi 3600 m² (hər mərtəbəsi 1800 m²) olan ikimərtəbəli "İmperial" şadlıq sarayının dam örtüyü 3 m² sahədə yanıb.

Demokrat.az bu barədə FHN-ə istinadən xəbər verir.

Yanğın zamanı şadlıq sarayında olan 100 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

18:59
Gəncədə şadlıq sarayında yanğın baş verib.


Demokrat.az xəbər verir ki, yanğın şadlıq sarayının mətbəxində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Çevik müdaxilə nəticəsində yanğın söndürülüb, xəsarət alan olmayıb.

Araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top