Xəzər Süleymanlı “Söhbət musiqidən gedir” verilişinin qonağı oldu — FOTOLAR

ŞOU-BİZNES 07 iyl 2022, 14:30
Bədii qiraətçi Xəzər Süleymanlı “Xəzər TV”də yayımlanan “Söhbət musiqidən gedir” verilişində qonaq olub. 

Qeyd edək ki, istedadlı qonaq ilk dəfə belə formatda olan verilişə çıxıb. Tamaşaçılar onu daha çox bir neçə qonaqla efirlərdə görməyə alışıb. 

Bir müddət əvvəl “Səhər mərkəzi” verilişinə qatılan Xəzər Süleymanlı şeir deyərkən improvizə ilə zümzümə etmək istədiyini bildirmişdi. “Söhbət musiqidən gedir” verilişində isə o, arzusunu həyata keçirdi. Belə ki, bədii qiraətçi  “Hicaz” instrumental qrupunun canlı müşayiəti ilə Ramiz Rövşənin şeirini deyib və zümzümə edib. Daha çox bəstəkarlar Emin Sabitoğlu və Arif Məlikovun hər kəs tərəfindən sevilən musiqilərinin fonunda şeir deyən Xəzər Süleymanlı verilişin aparıcısı Leyla Quliyeva ilə eksklüziv layihəni də tamaşaçılara təqdim edib. Leyla xanım musiqisi Tünzalə Ağayevaya, sözləri isə Baba Vəziroğluya aid “Yağış” mahnısını ifa edərkən o şeir səsləndirib. 

Musiqi təhsili yarımçıq qalan Xəzər Süleymanlı verilişdə maraqlı açıqlama da verib: “Şeirə görə işdən də qovulmuşam”.

Bu şənbə saat 23:15-də "Xəzər TV"-nin efirində yayımlanacaq "Söhbət musiqidən gedir" verilişində tamaşaçıların marağına səbəb olacaq bir çox məqamlar açıqlanacaq.



Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top