Paytaxt Kiyevin mədəni dəyərlərinə çevrilən murallar — Xüsusi reportaj

REGİON 07 iyl 2022, 11:37
Ukraynanın paytaxtına Kiyev şəhərinə gözəllik qatan elementlərdən biri də yaşayış binalarının üzərindəki parlaq rəngli rəsmlər - murallardır.

Demokrat.az xəbər verir ki, Kiyevdə kütləvi murallar 2014-cü ildən görünməyə başlayıb. Evlərin divarlarında iri miqyaslı rəsm əsərlərinin görünməsi ilə onların müəlliflərinin istedadını daha aydın sezmək olur. Bu gün Kiyevdə olan murallar şəhərin simvoluna, mədəni dəyərlərinə çevrilib.

Kiyevdə divar rəsmlərinin mövzuları rəngarəngdir - vətənpərvərlik, fəlsəfi, tarixi, dini və s. Janrlar da müxtəlifdir, bura portretlər, mənzərələr, abstraksiyalar daxildir.

Bu gün Kiyevdə 200-ə yaxın mural var və onların sayı getdikcə artmaqdadır. Bu muralların müəllifləri, təkcə ukraynalı deyil, həm də xarici rəssamlardır. ABŞ, Kosta-Rika, Avstraliya, Portuqaliya, Cənubi Afrika, Yunanıstan, İspaniya, Braziliya, İngiltərə və digər ölkələrin rəssamları Kiyevi al rəngə boyayıb. Kiyevin ən sonuncu muralı isə Rusiya-Ukrayna müharibəsinin 40-cı günündə çəkilmiş divar əsəridir. Ukraynalı muralist rəssam Oleksandr Korbanın ölkəsinin mübarizəsinə həsr etdiyi yeni divar rəsmi hazırda ən çox sevilən murallardan biridir.

Onu da qeyd edək ki, mural sənətinin banisi 1930-cu illərdə təkcə Mexikoda deyil, San-Fransisko və Nyu-Yorkda da binaların rənglənməsi ilə məşğul olan meksikalı Dieqo Rivera hesab olunur.(AZƏRTAC)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top