Britaniyada bir gündə 27 məmur hökuməti tərk etdi

XARİCİ SİYASƏT 06 iyl 2022, 20:24
Böyük Britaniyada bir gün ərzində 27 məmur hökuməti tərk edib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli nəşrlər yazıb.

“Daily Mail”in məlumatına görə, indi hətta yüksək vəzifəli nazirlər də Boris Consondan könüllü istefa verməsini xahiş edirlər.

“The Daily Telegraph” qəzeti isə yazır ki, çərşənbə günü axşam Baş nazirə etimadla bağlı ikinci səsvermə keçirilə bilər. Günün sonunda hakim Mühafizəkarlar Partiyasından olan yerli millət vəkillərini bir araya gətirən 1922-ci il parlament komitəsinin Consona yeni etimad səsverməsinə imkan vermək üçün partiya qaydalarının dəyişdirilməsini müzakirə edəcəyi gözlənilir. 1922-ci il komitəsinin üzvlərindən biri “Reuters" agentliyinə deyib: "Oyun başa çatdı. Nazirlər Kabineti Consona qarşı çıxmalıdır".

Britaniyalı siyasi şərhçilərin fikrincə, Nazirlər Kabinetinin başçısının indiki şəraitdə postunu saxlaması getdikcə çətinləşəcək.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 avq 2022, 21:43
Top