Deputat: “Mərkəzi İcra hakimiyyəti və bələdiyyə məsələyə aydınlıq gətirməlidir”

GÜNDƏM 06 iyl 2022, 18:15
Xəbər verdiyimiz kimi, Babək prospektindən "Yeni Günəşli” qəsəbəsinə gedən yolun sağ tərəfində divar tikintisi aparılır. Həmin divar yolun daraldılması hesabına çəkilir və  divarın çəkilişi qəbiristanın sahəsinin genişləndirilməsi məqsədinə xidmət edir. 

Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, əgər belə bir fakt varsa, bununla bağlı ciddi araşdırılma aparılmalıdır. Deputat vurğulayıb ki, qanun pozuntusu varsa, qanunu pozanlar ciddi şəkildə cəzalandırılmalıdır:

“Yəni, qanunun alilliyi təmin olunmalıdır. Mövcud qanunvericiliyinə, Nazirlər Kabinetinin qərarına əsasən qəbirstanlıqlar bələdiyyələrin nəzarətinə verilməli idi. Buna nəzarəti bələdiyyələr həyata keçirməli idi, yəni qanunvericiliyin mövcud tələbi bundan ibarətdir. Və bu gün əsas məsələnin də məğzi və mahiyyəti bu olmalıdır. Əgər təsbit olunubsa ki, sırf qəbirstanlığı genişləndirmək üçün edilir, o da araşdırılmalı, ona uyğun da addımlar atılmalıdır, qanunlar qəbul edilməlidir. Hesab edirəm ki, Mərkəzi İcra hakimiyyəti və bələdiyyə məsələyə aydınlıq gətirməli, mövqe bildirməlidir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top