Şəkidə maşın təmiri sexləri yandı - FOTO

HADİSƏ 06 iyl 2022, 12:17
Fövqəladə Hallar Nazirliyi (FHN) Şəkidə avtomobil təmiri sexində yanğın barədə məlumat yayıb.

FHN-dən APA-ya verilən məlumata görə, Şəki şəhərində ümumi sahəsi 245 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 195 m² sahədə və içərisində təmirə dayanan “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Sexin qalan hissəsi və içərisində olan digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top