“Qarabağ” Çempionlar Liqasına məğlubiyyətlə başladı — YENİLƏNİB

İDMAN 05 iyl 2022, 23:57
“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda məğlub olub.

Demokrat.az
xəbər verir ki, Polşanın “Lex” klubu ilə səfər matçı Azərbaycan çempionunun minimal hesablı məğlubiyyəti ilə başa çatıb (0:1).

“Qarabağ”ın “Lex”ə qarşı cavab oyunu bir həftə sonra Bakıda keçirəcək.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
5 iyul


Lex – Qarabağ 1:0
Qol: M.İshak, 41.
Hakimlər: Xose Luis Munuera, Pau Sebrian Devis, Antonio Ramon Martines Moreno, Xorxe Figeroa Vaskes (hamısı İspaniya).
Polşa, Poznan.

Lex: 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşo, 6. Yesper Karlström, 9. Mikael İshak (k), 16. Antonio Miliç, 21. Mixal Skoraş, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka.

Ehtiyat oyunçular: 35. Filip Bednarek, 3. Barri Duqlas, 7. Afonso Souza, 10. Daniel Ramires, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alan Çervinski, 50. Adriel Ba Loua, 90. Artur Sobiex.
Baş məşqçi: Con van den Brom.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 20. Kadi Borges, 15. Leandro Andrade, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 4. Rahil Məmmədov, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.

23:04
Polşada "Lex" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

Demokrat.az
-ın məlumatına görə, ilk yarıdan sonra "köhlən atlar" 0:1 hesabı ilə uduzur.


22:17

Polşada "Lex" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

Demokrat.az-ın
məlumatına görə, "köhlən atlar" fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb.

Yeganə qolu 41-ci dəqiqədə meydan sahiblərinin kapitanı Mikhael İshak vurub.

****
Polşada "Lex" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu başlayıb.

Demokrat.az-ın 
məlumatına görə, Poznandakı eyniadlı stadionda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürüb.

Görüşü Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda baş tutacaq.

21:25

Polşada UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Lex" və "Qarabağ"ın start heyətləri açıqlanıb.


Demokrat.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

"Lex": 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşu, 6. Yesper Karlström, 9. Mikael İshak, 16. Antonio Miliç, 21. Mixal Skuras, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka

Baş məşqçi: Con van den Brom

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev 2. Qara Qarayev 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, Poznandakı eyniadlı stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top