Finlandiya Rusiyanın yüzlərlə yük vaqonuna həbs qoydu

XARİCİ SİYASƏT 05 iyl 2022, 18:32
Finlandiyanın dəmir yolu operatoru Rusiyanın 865 yük vaqonuna həbs qoyub.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, Finlandiyanın məhkəmə icraçıları xidməti Aİ-nin sanksiyalarına uyğun olaraq Rusiya və Belarusdan olan onlarla fiziki şəxs və şirkətin aktivlərinin dondurulduğunu elan edib.

Onların arasında azı 82 milyon avro dəyərində aktivləri olan nəqliyyat şirkətləri də olub.

Finlandiyanın dəmir yolu operatoru "VR Group" Rusiya ilə daşımaları azaldıb və artıq iyun ayında 865 dəmir yolu vaqonu məhkəmə icraçıları tərəfindən müsadirə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top