“Təbii fəlakətlərin sayı get-gedə artacaq” — Ekoloqdan XƏBƏRDARLIQ

SOSİAL 04 iyl 2022, 18:02
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva son 15 ildə Xəzərin səviyyəsinin təxminən metr yarım azaldığını deyib.

Xəzər dənizinin səviyyəsinin azalması səbəbləri barədə Demokrat.az-a açıqlama verən ekoloq Xosrov Musayev bildirib ki, bunun əsas səbəbi dünyada gedən qlobal istiləşmədir. Ekoloq qeyd edib ki, Xzəər dənizinə tökülən çayların suları da az olduğu üçün dənizin səviyyəsində enmələr müşahidə olunur:

“Ümumiyyətlə, bu məsələ ilə əvvəllərdə məşğul olublar, yəni Xəzər dənizinin suyunun azalması ilə bağlı konkret bir şeyə gəlib çıxa bilməyiblər. Təbii ki, illik yağışlı olduqda qalxmalar müşahidə edilə bilər. Ancaq bir məsələni də nəzərə alaq ki, qloballaşma istilik səbəbindən buxarlanma da müşahidə olunur. Bunun nəticəsində axan çayların buxarlanması da çox olur ki, bu da nəticə etibarilə Xəzər suyunun azalmasına təsir edir”.



Ekoloq hesab edir ki, bu cür proseslər Xəzər dənizində yaşayan canlılara da təsir edəcək:

“Xəzər dənizində qloballaşma istiliklə bağlı həm də suyun temperaturu artır. Bu da Xəzər dənizində olan balıqlartəsir edir. Hətta, belə deyirlər ki, bu proseslər səbəbindən bizim üçün faydalı olan nərə balığının sayı azalacaq, ancaq digər tərəfdən daha qiymətsiz olan balıqların sayı artacaq”.

X.Musayev son 50 ildə dünyada orta temperaturun 1 dərəcə qalxdığını qeyd edib:

“Dünyanın orta temperaturunun 1 dərəcə qalxması kiməsə kiçik rəqəm kimi görünə bilər, amma bunun böyük fəsadları olur. Fikir verirsinizsə, son illər sel daşqınlarının sayı dünyada artıb, çünki iqlim dəyişikliyi baş verir. Əgər biz 50 il bundan öncə sel və daşqınlarda 30 milyard dollar xərc çəkirdiksə, artıq dünya ölkələrində bu  70 milyardı keçib. Çünki yağıntı normal düşmür. Məhz bir ayın yağıntısı birdən-birə 2-3 günə düşür və bu da sel-daşqınlara səbəb olur. Ümumiyyətlə, təbii fəlakətlərin sayı get-gedə artacaq ki, bu da dünyada baş verən iqlim dəyişikliyinin nəticəsidir. Onu da kim edir? İnsanlar. Çünki onlar atmosferi çirkləndirirlər və atmosferin çirklənməsi nəticəsində dünyada qlobal iqlim dəyişikliyi baş verir. Atmosferi sərhədi yoxdur, hansısa bir ölkə tərəfindən atılırsa, bu bütün dünyaya təsir edir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top