Bu gün Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Salyan rayon Rəsm Qalereyasının dəstəyi ilə Salyan rayon Rəsm Qalereyasında “Şuşa ili”nə həsr edilmiş “Şuşa sən azadsan” adlı rəsm sərgisi keçirilmişdir.
Demokrat.az xəbər verir ki, tədbirdə Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan rayon Gənclər və İdman İdarəsinin kollektivi , Biləsuvar Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi Şamxal Əhmədov , Salyan rayon Rəsm Qalereyasının direktoru Sevda Əzizova və Salyan rayon Rəsm Qalereyasının müəllim və şagird heyəti , Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini İlhamə Xudazarova , müəllim və şagird heyəti , "Qələbə" qəzetinin müxbiri şair-publisist Əzizağa Məmmədli , Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları , “Murad” Əlillər İctimai Birliyinin sədri Rəsmiyyə Səmədova iştirak edirdi.
Tədbirdə ilk öncə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov qonaqları salamlayaraq bildirdi ki, Vətən müharibəsində 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatları ilə şanlı Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini darmadağın etdi və torpaqlarımızı erməni işğalından azad etdi. Bu tarixi Zəfər özündə bir sıra mənəvi məqamları cəmləşdirir. Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin “Şuşa ili” ilə bağlı qərarı bir daha göstərdi ki, qədim Şuşa hər zaman Azərbaycan üçün birlik və Zəfər rəmzi olacaq.
Sonra çıxış edən Biləsuvar Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi Şamxal Əhmədov bildirdi ki, Vətən müharibəsində Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi tariximizə yazıldı. 2022-ci ilin Şuşa İli elan edilməsi həm tarixi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edən qədim şəhərimizə verilən ən böyük dəyərin göstəricisidir.
Sonra çıxış edən Salyan rayon Rəsm Qalereyasının direktoru Sevda Əzizova , "Qələbə" qəzetinin müxbiri şair-publisist Əzizağa Məmmədli , Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun bacısı Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Könül Qəfərova, Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini İlhamə Xudazarova, “Murad” Əlillər İctimai Birliyinin sədri Rəsmiyyə Səmədova və digərləri çıxışlarında bildirdilər ki , 2022-ci ilin “Şuşa İli” elan edilməsi Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmli addımdır. Bu qərar Şuşamızın tarixi simasının qaytarılması, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olması deməkdir. Çünki Şuşa milli qürurumuzun, mənliyimizin özüdür.
Daha sonra “Şuşa ili”nə həsr olunmuş rəsmlərdən ibarət sərgi nümayiş etdirildi. Sonda bir qrup istedadlı şagird Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildilər.
Məlik
Demokrat.az