Ukrayna Rusiyanın müharibədəki son itkilərini AÇIQLADI

GÜNDƏM 03 iyl 2022, 10:54
“Son sutkada Rusiya ordusu Ukraynaya qarşı müharibədə daha 100 əsgər və 1 helikopter itirib”.

Demokrat.az
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, indiyədək 35970-dək işğalçı məhv edilib

Məlumata görə, Rusiya ordusu daha çox Kramatorsk və Baxmut istiqamətlərində itkilər verib.

Xatırladaq ki, daha əvvəl Melitopolun meri İvan Fedorov Ukrayna Silahlı Qüvvələrinin 30 raket zərbəsi nəticəsində Rusiyanın şəhərdəki dörd hərbi bazasından birini məhv etdiyini açıqlamışdı.

Zamiq
Demokrat.az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top