Qaraqalpaqıstanda fövqəladə vəziyyət elan edildi

DÜNYA 02 iyl 2022, 23:35

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaqıstan ərazisində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Prezidentin fərmanı ilə vətəndaşların təhlükəsizliyini təmin etmək, hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədilə Qaraqalpaqıstan Respublikasında iyulun 3-ü saat 00:01-dən avqustun 2-i saat 00:00-dək fövqəladə vəziyyət rejimi tətbiq edilib”, - məlumatda deyilir.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ötən həftə Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumunun keçirilməsi təklifi ilə çıxış edib.

Yeni layihədə Qaraqalpaqıstanın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması və qaraqalpaq xalqının ümumxalq referendumu əsasında Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddənin də Konstitusiyadan çıxarılması təklif edilir.

Yerli sakinlər ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərə etiraz məqsədilə iyulun 1-də aksiya keçiriblər.

Bu gün iğtişaşların baş verdiyi Nukus şəhərinə gedən Özbəkistan Prezidenti ölkə Konstitusiyasında Qaraqalpaq Muxtar Respublikası ilə bağlı maddələrə dəyişiklik etməmək barədə qərar verib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top