ABŞ bu barədə məlumat verənlərə 10 milyon dollar ödəyəcək

DÜNYA 01 iyl 2022, 12:30
ABŞ Dövlət Departamenti yerli seçkilərə xarici müdaxilə haqqında məlumat verən şəxslərə 10 milyon dollar qədər pul mükafatı verəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb. Mükafat seçkilərə müdaxilə edən əcnəbi şəxs və ya təşkilatları müəyyən etməyə kömək edən məlumatları təqdim edənlər üçün nəzərdə tutulub. Departament əlavə edib ki, gizlilik, saxtakarlıq, aldadıcı qanunsuz hərəkətlər, səsvermənin nəticələrinin saxtalaşdırılması, məlumat bazalarına müdaxilə, dezinformasiya, kiberhücumlar və s. seçkiyə müdaxilə hesab olunur.

Mükafat Dövlət Departamentinin “Ədalət üçün mükafat” proqramının bir hissəsidir və Diplomatik Təhlükəsizlik Xidməti tərəfindən idarə olunur. 1984-cü ildən icra olunan proqram çərçivəsində 250 milyon dollardan çox məbləğdə mükafat verilib.

Kərim
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top