Polis narkotik əkən şəxsi saxlayarkən yaralandı

KRİMİNAL 30 iyn 2022, 10:01
Yevlaxda polis əməkdaşı narkotik əkən şəxsi saxlayarkən xəsarət alıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, rayonun Hacıselli kəndində kultivasiya yolu ilə narkotik yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumat əsasında polis əməkdaşları həmin əraziyə gediblər. Narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov saxlanılarkən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib. Ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top