Biz qalib ölkə kimi əbədi yaşayacağıq

GÜNDƏM 29 iyn 2022, 18:02
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin güclü siyasəti və ordumuzun qəhrəmanlığı nəticəsində 30 il düşmən tapdağı altında qalan ərazilərimiz 44 günlük müharibə nəticəsində işğaldan azad edildi.

Bu gün  Azərbaycan xalqı Azərbaycan ordusu ilə qürur duyur.  Azərbaycan Silahlı Qüvvələri ilə fəxr edir.

Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, qalib ölkədə Ordu gününü qeyd edir!

Azərbaycan ordusu öz vəzifəsini şərəflə yerinə yetirib ,Qarabağı əsl sahibinə geri qaytardı. 44 günlük Vətən müharibəsində hər kəs bir olub, bütün gücünü səfərbər edib və  Azərbaycan xalqının birliyini  bütün dünyaya sübut edib.

Azərbaycan Xalqı hər zaman olduğu kimi birdir və bir olacaq.

44 günlük Vətən müharibəsində haqq-ədalət bizim tərəfimizdə idi , Beynəlxalq hüquq bizim tərəfimizdə idi. Biz qeyri-qanuni heç bir iş görmürdük. Yalnız haqqı, ədaləti bərpa edirdik.

Bizim torpaqlarımız işğal altında idi və Azərbaycan xalqı heç bir zaman bu işğal ilə barışmayacaqdı, Azərbaycan Ordusu və xalqı bütün dünyaya sübut etdi ki,  Qarabağ Azərbaycandır!

Azərbaycan Dövlətinin sürətlə inkişaf etməsi, iqtisadi müstəqilliyini təmin etdi və qələbəni daha da yaxınlaşdırdı.

Biz Müzəffər xalq kimi, Müzəffər Ordu kimi, Qalib dövlət kimi bundan sonra da əbədi yaşayacağıq.

Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün respublikamızda bir çox tədbirlər görülür. Çox sevindirici haldır ki,  bu gün Azərbaycan gəncliyi vətənpərvər ruhda böyüyür. 

44 günlük Vətən Müharibəsi bütün dünyaya göstərdi ki , bizi qələbəyə aparan ən başlıca amil bizim Milli ruhumuz, birliyimiz, vətənə sevgimizdir.

Demək olar ki, Azərbaycanın hər bir bölgəsində 44 günlük Vətən Müharibəsinin şanlı Azərbaycan Ordusunun Qələbəsi nəticəsində Azərbaycan gənclərinin Azərbaycan Ordusuna daha da həvəsi artıb.

Həyata bir dəfə gələn hər kəs ayağını möhkəm basdığı torpağın Vətən olduğunu dərk etməlidir! 

Sevindirici haldır ki, son illər xalqımızın və dövlətimizin yetişdirdiyi gənclərdə  vətənpərvərlik hissi elə bir zirvəyə ucaldı ki, bütün dünya  buna heyran qaldı.

Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşməni torpaqlarımızdan qovdu, düşmənə diz çökdürdü. Qarşı tərəf məcbur olub Kapitulyasiya aktına imza atdı. Bunun nəticəsində isə düşmən verilən müddət ərzində qalan ərazilərimizi  bir güllə atılmadan belə boşaltdı.

Çox çətin reylefi olan ərazini - Şuşa kimi alınmaz qalanı cəmi az bir müddətdə  azad etmək Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur, bunun nəticəsidir ki,  biz bu gün Qalib Xalq kimi yaşayırıq.

Tarixi Zəfərimiz yüz illər ərzində Azərbaycan xalqının dilində əzbər olacaq və əbədi yaşayacaq.

 Möhtərəm  Prezidentimiz Müzəffər Ali Bas Komandan İlham Əliyev yaxın günlərdə Kəlbəcərdə səfərdə oldu. Kəlbəcərdə İstisu sanatoriyasının təməlini qoydu. Bu, bizim üçün böyük, qürurverici bir hissdir. 

Buraya və demək olar ki,  bütün işğaldan azad olunmuş ərazilərimizə xarici ölkələrdən turistlər gələcək.   

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əsas məqsədlərindən biri də şəhid ailələrinin və Müharibə əlillərinin sosial rifahının yaxşılaşdırılmasıdır. Bu gün şəhid ailələrtinə ev verilir, yaşayış şəraitləri yaxşılaşdırılır. Şəhid ailələrinə yüksək səviyyədə qayğı göstərilir. Qazilərimiz müalicəyə göndərilir, uyğun işlə təmin edilirlər.

Xalqımız üçün, vətənimiz üçün hər an canımızdan keçməyə hazırıq. Prezidentimizin ətrafında sıx birləşərək bir qarış torpağımızdan belə keçməyəcəyik.

Xəqani Muradov
Vətən Müharibəsi qazisi
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top