Tofiq Zülfüqarov: “Türkiyə çox məntiqli və çox düz addım atdı”

GÜNDƏM 29 iyn 2022, 13:03
Xəbər verdiyimiz kimi, İspaniyanın paytaxtı Madrid şəhərində Türkiyə, Finlandiya və İsveç dövlət başçıları keçirilən görüşdən sonra memorandum imzalanıb. 

NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö və İsveçin baş naziri Maqdalena Andersson bir araya gəliblər. Müzakirələrdən sonra Finlandiya və İsveç liderləri terror təşkilatları tərəfindən Türkiyəyə qarşı həyata keçirilən hücumları açıq və birmənalı şəkildə pislədiklərini, həmçinin terror təşkilatları ilə əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdələrinə götürdüklərini bəyan ediblər. Bundan başqa, Finlandiya və İsveç Türkiyənin təqdim etdiyi faktlar və kəşfiyyat məlumatları əsasında terrorda şübhəli bilinən şəxslərin deportasiya və ya ekstradisiya tələblərini anında icra etməyə vəd veriblər. Beləliklə, üç ölkə başçısının görüşündə əldə olunan razılıq nəticəsində Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı veto hüququndan imtina edib. Bəs, NATO-ya üzvlük məsələsində Türkiyənin İsveç və Finlandiya ilə razılığa gəlməsi hansı tərəfi uduşlu çıxardı?

Məsələni Demokrat.az-a şərh edən sabiq baş diplomat Tofiq Zülfüqarov bildirib ki, onsuz da daha çox İsveç, həmçinin Finlandiyada da  üzvlükdən başqa NATO ilə əməkdaşlıq edirdi.

“Təbii ki, orada bir çox hərbi proqramlar var idi, yəni bu baxımdan praktiki əməkdaşlıq var idi. İndi formal siyasi üzvlük sadəcə olaraq, hesab edirəm ki, hərbi məsələlərdən daha çox siyasi əhəmiyyət kəsb edir. Çünki NATO birmənalı bəyan edir ki, genişlənir və Rusiya sərhədlərinə yaxınlaşır. İkincisi də artıq bu ölkələr gələcəkdə NATO-nun himayəsi altında olacaqlar. Nizannamənin 5-ci bəndini nəzərə alsaq, görəcəyik ki, artıq birbaşa NATO-nun himayəsi və müdafiəsi təmin olunur. Bu daha çox siyasi məsələdir. O ki, qaldı udmaq məsələsinə hesab edirəm ki, Türkiyə çox məntiqli və çox düz addım atdı. Gündəmə onu narahat edən məsələləri və xüsusən də terrorla mücadilə mövzusunu NATO-nun gündəminə sərt şəkildə gətirdi və öz istəklərinə nail oldu. Bu təşkilatlar artıq siyasi təşkilatlar yox, daha çox terrorla məşğul və terrora dəstək verən bir təşkilatlar kimi NATO-nun gündəmində mövcuddur. Təbii ki, Türkiyə bu prosesləri davam etdirəcək. Hər halda öhdəliklər var və əminəm ki, bu öhdəliklər yerinə yetirələcək”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top