Raketlə vurulmuş ticarət mərkəzində yaralanan və ölənlərin sayı açıqlandı

GÜNDƏM 27 iyn 2022, 21:46
Rusiyanın Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə raket zərbəsi nəticəsində ən azı 20 nəfər xəsarət alıb. 

Bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müavini Kirill Timoşenko məlumat verib.

“Bu dəqiqəyə olan məlumata görə, 20 nəfər yaralı var. Onlardan 9 nəfəri ağır yaralanıb. Artıq 2 nəfərin həlak olduğu təsdiqlənib”-deyə o yazıb.

Timoşenko xilasetmə əməliyyatının davam etdiyini bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top