Bakıda gənc oğlan beşinci mərtəbədən yıxıldı

HADİSƏ 27 iyn 2022, 12:11
Bakının Nizami rayonunda 25 yaşlı oğlan ehtiyatsızlıqdan yaralanıb.

Demokrat.az xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Belə ki, Qara Qarayev prospektində yerləşən beşmərtəbəli binada yaşayan 1997-ci il təvəllüdlü Səmədbəyli Fərid Şahin oğlu beşinci mərtəbənin eyvanında ehtiyatsız davrandığına görə yıxılıb.

O, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.(lent.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top