Türkiyə dayaz suda belə üzə bilən sualtı qayıq hazırladı

HƏRBİ 26 iyn 2022, 16:19
Türk mühəndisləri tərəfindən layihələndirilən "STM500" sualtı gəmisinin sınaqdan keçirilməsinə başlanılıb. Demokrat.az xəbər verir ki, bu barədə bazar günü Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir Tvitter hesabında yazıb. Dəmir bildirib ki, yeni sualtı qayıq ən qabaqcıl sistemlər və silahlarla təchiz ediləcək.

O STM500 layihəsini “tarixi” layihə adlandıraraq qeyd edib ki, yeni sualtı qayıq həm dayaz sularda, həm də açıq dənizlərdə tapşırıqları yerinə yetirəcək şəkildə hazırlanıb.

Dəmir yazıb ki, yeni sualtı qayıq kəşfiyyat və müşahidə, xüsusi təyinatlıları dəstəkləmək və sualtı taktiki tapşırıqları yerinə yetirmək üçün istifadə olunacaq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top