4 yaşlı Dənizi ilan sancdı

HADİSƏ 26 iyn 2022, 09:16

Salyan rayonunda azyaşlı uşağı ilan sancıb.

Demokrat.az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb.

Belə ki, 2018-ci il təvəllüdlü Səlimzadə Dəniz Əlövsət qızı həyətdə oynayarkən onun topuğundan ilan sancıb. Uşaq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ilan zəhəri əleyhinə zərdab vurulub və digər zəruri tədbirlər görülüb. Lakin vəziyyəti ağır olduğundan o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 avq 2022, 16:18
Top