İlham Əliyev Xivədə “Nurullaboy” saray kompleksi ilə tanış oldu — YENİLƏNİB

XARİCİ SİYASƏT 22 iyn 2022, 18:02
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xivə şəhərində “Nurullaboy” saray kompleksi ilə tanış olublar.

Demokrat.az
xəbər verir ki, saray kompleksi barədə dövlət başçılarına məlumat verilib.

Bildirilib ki, əzəməti və gözəlliyi ilə məşhur olan “Nurullaboy” saray kompleksi Xivə xanı II Məhəmməd-Rəhimbayanın əmri ilə 1906-1912-ci illərdə tikilib. Dörd hissədən ibarət saray kompleksinə ümumilikdə 100-dən çox zal və otaq, o cümlədən mərasim və məhkəmə zalları, yaşayış binaları və mədrəsə daxildir. Saray kompleksindəki bütün tikililər uzunluğu 650 metrdən çox olan güclü istehkamla əhatə edilib. Qala divarı üzərində yarımdairəvi qüllələr ucaldılıb. Rusiya imperatoru II Nikolay kompleksin tikintisi başa çatdıqdan sonra saraya iki çilçıraq və kiçik bir elektrik stansiyası bağışlayıb.

“Nurullaboy” sarayı milli və Avropa memarlıq üslublarının vəhdəti əsasında inşa olunub. Bu da həmin dövrdə şəhərsalma sahəsində üstünlük təşkil edən üslubla əlaqədardır. Qızılı və rəngli rəsmlərlə örtülmüş məşhur Xivə oymaları sarayın cəlbediciliyini daha da artırır.

Saray kompleksində daimi rəsm sərgiləri fəaliyyət göstərir, tarixi sənədlər, milli geyim nümunələri nümayiş olunur.

***11:23

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xivə şəhərində “Nurullaboy” saray kompleksi ilə tanış olublar.


Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.









Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top