Oğlu həbs edilən qadının hakimdən istəyi hər kəsi təəccübləndirdi

REGİON 21 iyn 2022, 19:54
Türkiyədə baş verən olay eşidənləri təəccübləndirib.

Demokrat.az xəbər verir ki, Kayseri şəhərində narkotik qaçaqmalçılığında təqsirləndirilən gənc polislər tərəfindən yaxalanıb.

Gənc məhkəmədə narkotik ticarəti ilə məşğul olmadığını desə də, məhkəmə onu təqsirli bilərək 8 il 4 ay həbs cəzasına məhkum edib.

Məhkəmədə iştirak edən gəncin anası isə hakimdən polislərin onun evindən apardıqları qazanı qaytarmasını xahiş edib.

Bu isə eşidənləri xeyli təəccübləndirib.

Qeyd edək ki, qadının istədiyi qazan əməliyyat zamanı içərisində narkotik olduğu üçün polislər tərəfindən götürülmüşdü.

Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top