Dərslər sentyabrın 1-dən başlayacaq? — AÇIQLAMA

SOSİAL 21 iyun 2022, 17:36
Təhsil Nazirliyi tədris ilinin sentyabrın 1-də başlaması ilə bağlı fikirlərə münasibət bildirib. 

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu məsələ müzakirə olunmur:

“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli Qərarının 2.3 - cü bəndinə əsasən, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır. Növbəti il iyunun 14-də başa çatır. Hazırda bu prosesin dəyişdirilməsi müzakirə olunmur”.

Qeyd edək ki, deputat Fazil Mustafa və təhsil ekspertləri tədris ilinin sentyabrın 1-dən başlaması ilə bağlı təklif irəli sürüblər. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
Top