Bakıda gənc oğlana yeddi bıçaq zərbəsi vuruldu

KRİMİNAL 21 iyn 2022, 10:40
Bakının Xəzər rayonunda 23 yaşlı oğlan bıçaqlanaraq ağır vəziyyətə düşüb.

Demokrat.az xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Babayev Rəhman Tahir oğlu tanımadığı şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb.

O, boyun və kürək nahiyəsindən ümumilikdə yeddi bıçaq xəsarəti alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları araşdırır.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top