Penitensiar Xidmət: “Cəzaçəkənlərin qaçmaq cəhdi ilə bağlı yayılan məlumatlar cəfəngiyyatdır”

SOSİAL 21 iyn 2022, 09:35
Penitensiar Xidmətin tərbiyə müəssisəsində cəzaçəkən yeniyetmələrin qaçmağa cəhd etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov APA-nın sorğusuna cavab olaraq bildirib ki, bəzi KİV-də yayılan bu məlumatlar həqiqəti əks etdirmir: "Bu məlumatlar təmamilə cəfəngiyyatdır. Nəinki tərbiyə müəssisələrində? heç bir digər müəssisədə belə bir hal olmayıb".

Qeyd edək ki, bəzi saytlarda, əsasən Türkiyə mediasında tərbiyə müəssisəsindən 10 yaxın məhkumun qaçmağa cəhd etdiyi ilə bağlı xəbərlər yayımlayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top