Gəncədə ana doğuşdan iki gün sonra öldü

HADİSƏ 20 iyn 2022, 23:13
Gəncədə ana doğuşdan sonra ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində qeydə alınıb.

Belə ki Şəmkir rayon Mahmudlu kənd sakini 37 yaşlı K.Daşdəmirova iyunun 18-də doğuş üçün mərkəzə gətirilib. Ana qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib.

Doğuşdan 2 gün sonra qadının halı qəfil pisləşib.

37 yaşlı qadına göstərilən tibbi yardımlara baxmayaraq bu gün dünyasını dəyişib. Körpənin vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, bu qadının ikinci doğuşu olub. Ölümün başvermə səbəbləri araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top