Ərdoğan Quterreşlə Ukraynadakı vəziyyəti müzakirə etdi

GÜNDƏM 20 iyn 2022, 22:26
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildiriblər.

Məlumata əsasən, Ukrayna böhranının həlli ilə bağlı təşəbbüslər müzakirə olunub.

Türkiyə dövlətinin başçısı qeyd edib ki, Ankara tərəfləri sülh danışıqlarını bərpa etməyə və diplomatiya yolu ilə müharibəyə son qoymağa çağırmaqda davam edir.

R.T.Ərdoğan bildirib ki, qlobal ərzaq böhranının qarşısının alınmasına töhfə verəcək Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı üçün birgə səylər davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top