Füzulidə yas yerləri sadələşdirilmiş şəkildə təşkil olunur — FOTOLAR

SOSİAL 20 iyn 2022, 10:07
Füzuli rayonunda yas yerləri sadələşdirilmiş şəkildə təşkil olunur.

Demokrat.az xəbər verir ki, Füzuli ictimaiyyətinin, rayon ağsaqqallarının, rayonun dindar insanlarının, ziyalıların, ictimaiyyət nümayəndələrinin  birgə təşəbbüsünə əsasən  artıq 8 ilə yaxındır ki, Füzuli rayonu ərazisində yas yerləri sadələşdirilmiş şəkildə təşkil  olunur. Belə ki , yas yerləri israfçılıqdan, təmtəraqdan uzaq, tam sadə və rahat formada həyata keçirilir. Ehsan süfrələri halva, xurma, limon, qənd, çay, su, yuxa olmaqla yeddi əsas predmetlə açılır.

Nəzərə alsaq ki, dinimizdə və müqəddəs kitabımız olan “Qurani-Kərim”də israfçılıq qəbul edilmir bu addım islami baxımdan olduqca düzgün və vacibdir. Digər tərəfdən isə iqtisadi cəhətdən əhalinin rifahının qorunması üçün mühüm  əhəmiyyət kəsb edir. Belə ki, son 8 ildə yas yerlərinin tam sadələşdirilmiş formada təşkil olunması nəticəsində rayon əhalisi 13 milyondan artıq vəsaitə qənaət edib. Rayon sakinləri  həmin vəsaiti digər sosial problemlərinin həllinə sərf ediblər. Əgər əvvəllər yas sahibi  3, 7, 40 və cümə axşamları üçün orta hesabla 9-10 min manat pul xərcləməli olurdusa, hazırda sadələşdirilmiş ehsan məclislərinə orta hesabla 500-1000 manat vəsait tələb olunur. 

Rayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi həm onların sağlamlığının qorunmasına – koronovirus və digər yolucucu xəstəliklərə yoluxmalarının qarşısını alır, həm də onlara maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini təşkil edir, həm də mərhumun dəfn oluması, qəbrüstü abidəsinin düzəldilməsi və digər işləri yerinə yetirirlər.



Məlik
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top