Xarkovda qaz emalı zavodu raket atəşinə tutuldu

DÜNYA 18 iyn 2022, 21:40
Xarkov vilayətinin İzyum rayonunda Rusiya ordusu qaz emalı zavodunu atəşə tutub.

Demokrat.az "Ukrinforma"a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayəti Hərbi Administrasiyasının sədri Oleq Sinegubov “Telegram”da məlumat verib.

Hadisə nəticəsində genişmiqyaslı yanğın başlayıb.

“İzyum bölgəsində qaz emalı zavodu atəşə tutulub. İlkin məlumatlara görə, ruslar ərazini bir neçə raketlə vurub. Yaşayış evlərinə ziyan dəyib. Genişmiqyaslı yanğın başlayıb", - deyə Oleq Sinegubov bildirib.

Hazırda xilasedicilər yanğının qarşısını almaq üçün iş aparır.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top