Onlar ən yüksək bal topladılar — FOTOLAR

GÜNDƏM 17 iyn 2022, 23:13

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə iyunun 4-5-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib. Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. IV ixtisas qrupunda isə ikinci mərhələdə maksimum nəticə qeydə alınmayıb.

“Qafqazinfo” maksimum nəticə göstərən məzunların bir qismini təqdim edir:

Bakı şəhər 111 nömrəli məktəbin məzunu Qurbanov Fuad Polad oğlu

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Əbdürrəhman Kazımov

Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin məzunu Leyla Eynullazadə

Biləsuvar şəhər internat orta məktəbinin məzunu Aysel Rəhimli

İsmayıllı şəhər 5 saylı tam orta məktəbin məzunu Aydınov Aydın Simran oğlu

Abşeron rayonu Saray qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Elnur Mərdiyev

Bakı şəhəri 258 nömrəli məktəbin məzunu Fərid Quliyev

Bakı şəhəri 53 nömrəli məktəbin yetirməsi Aslanlı Zakir Zaur oğlu

IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbinin məzunu göstərib.Bu, Ağazadə Nigar Əhədulla qızıdır.

Bunlardan başqa, Qəbələ şəhər 1 saylı orta məktəbi və Bakı şəhər Kimya-Biologiya Təmayüllü Liseyin məzunları da maksimum nəticə əldə ediblər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top