Salyanda “17 İyun – Tibb işçiləri Günü” münasibətilə tədbir keçirildi — FOTOLAR

SOSİAL 17 iyn 2022, 16:31
Salyanda “17 İyun – Tibb işçiləri Günü” münasibətilə tədbir keçirilmişdir. 

Demokrat.az xəbər verir ki, tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov səhiyyə işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, onlara bu çətin, şərəfli və nəcib işlərində uğurlar arzulamışdır. 

Rayon rəhbəri çıxışında respublikamızda həyata keçirilən səhiyyə-tibb islahatlarından, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğısından, rayonda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs etmişdir. 

Tədbirdə çıxış edənlər respublikada, o cümlədən rayonda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.






Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top