“Publisistika və Köşə Yazarlığı” mövzusunda seminara yekun vuruldu — FOTOLAR

MEDİA 17 iyn 2022, 15:39
Medianın İnkişaf Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Publisistika və Köşə Yazarlığı” mövzusunda seminar keçirilib.

20-dən çox çap və onlayn media subyektinin nümayəndələrinin iştirak etdiyi seminarda rəngarəng mövzularda təlim keçirilib.

Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, ADA İxtisasartırma Proqramının təlimçisi və kommunikasiya üzrə mütəxəssisi Şəfəq Mehrəliyeva, Bakı Dövlət Universitetnin Jurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının dosenti Aygün Əzimova və BDU Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova ”Azərbaycan ədəbi dilinin publisistik üslubu, bədii publisistikanın janrları, köşə yazarlığı təcrübəsi, “Azərbaycan publisistikasında qadın hüquqları uğrunda mübarizə və gender bərabərliyi məsələləri”, eləcə də “Qərb jurnalistikasında publisistik yazının strukturu, şərh vermənin etik qaydaları” mövzularında təqdimatlarla çıxış ediblər.

Daha sonra jurnalistlərlə təlimçilərin birgə iştirakı ilə bir neçə praktik çalışmalar həyata keçib. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.










Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top