Əliyevin gizli Ərzurum səfəri, 1992-ci ildə Türkiyə Azərbaycana niyə kömək etmədi? — ANONS VİDEO

MÜSAHİBƏ 16 iyn 2022, 21:55
Mehmet Ağar - tapmacalarla, sirlərlə dolu bir addır. Türkiyənin “dərin dövlət” lideri 2008-ci ildən ilk dəfə susma andını pozaraq, azərbaycanlı jurnalist Eynulla Fətullayevin suallarını cavablandırmağa razılaşıb.

Mehmet Ağar - Türkiyənin keçmiş daxili işlər və ədliyyə naziri. İstanbulda polis rəisi, Ərzurum valisi vəzifələrində çalışıb. İyirmi ilə qədər millət vəkili, Türkiyə Demokrat Partiyasının lideri olub. O, 2011-ci ildə Türkiyədə “cinayətkar birlik” təşkil etmək ittihamı ilə Gülənçi qruplaşmanın tərəfdarları tərəfindən həbs edilsə də, 361-ci gün azadlığa buraxılıb. O vaxtdan bəri mətbuatdan yayınır. Mehmet Ağarın oğlu Tolqa Ağar hazırda Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından deputatıdır.

Mehmet Ağarla müsahibə iyunun 21-də "Haqqin.az" saytında, Eynulla Fətullayevin "Youtube" kanalında, həmçinin jurnalistin sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək. Qaçırmayın!

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top