“IV Neftçili Yay Futbol Düşərgəsi” layihəsi başladı — FOTOLAR

İDMAN 16 iyn 2022, 13:16
“YAŞAT” Fondunun və “Neftçi” Peşəkar Futbol Klubunun  birgə təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün "IV Neftçili Yay Futbol Düşərgəsi" layihəsinə start verilib. 

İyunun 16-da şəhidlərimizin 6-12 yaş aralığındakı 104 övladını əhatə edən layihənin açılış mərasimi baş tutub. Tədbirdə  “YAŞAT” Fondunun rəhbəri – Qarabağ qazisi Elvin Hüseynov, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov,  "Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, “Neftçi” PFK-nin Müşahidə Şurasının üzvü , veteren futbolçu Səməd Qurbanov, "ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova və digər qonaqlar iştirak ediblər.
 
Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir.
 
16-25 iyun 2022-ci il tarixlərini əhatə edəcək layihə çərçivəsində iştirakçılar qruplara bölünəcəklər. Onlarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçiriləcək, onlara peşəkar məşqçilər tərəfindən futbol qaydaları öyrədiləcək, kino saatları təşkil olunacaq.
 
Düşərgəni uğurla bitirmiş iştirakçılar sertifikat, müxtəlif hədiyyələr və imtiyazlarla təltif ediləcəklər.
 
Layihənin media dəstəkçiləri “ASAN Radio” və “Neftçi TV”dir.




Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top