“Şuşa konfransında Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin əsası qoyuldu”

GÜNDƏM 16 iyn 2022, 13:29
"Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hər zaman yüksələn xətlə inkişaf edir".

Demokrat.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

O bildirib ki, ötən gün Şuşada keçirilən konfrans iki ölkə arasındakı münasibətlərin növbəti təzahüri idi: "Konfransda ciddi mesajlar verildi və yeni mərhələnin əsasları qoyuldu. Tədbirdə aparıcı siyasi partiyaların rəhbər və nümayəndələri iştirak edirdilər. Vahid yumruq kimi birləşərək bir arada olmağımız önəmlidir".

Sədr müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa quruculuq işlərinin həyata keçirilməsində qardaş ölkə olan Türkiyə şirkətlərinin rolu göz önündədir və bundan sonra da orada görüləcək işlər çoxdur.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top