Şeyx İranı “vurdu”: “Ermənilər məscidlərimizi dağıdanda səslərini çıxarmadılar”

GÜNDƏM 15 iyn 2022, 13:42
“Bizim torpaqlarımız Ermənistan tərəfindən 30 il vəhşicəsinə vandalizmə məruz qalıb. Bu torpaqlar insanları yaşatmaq üçündür. Allah-təala Quranda buyurub ki, Yer üzünü sizin üçün yaratdım. Siz onu xarab etməyin, axı mən yaratmışam. Bu, müqəddəsdir, Allah-təala bizə yaradıb. Biz bunu müqəddəs kimi saxlamalıyıq. Ermənilərin torpaqlarımızı yandırması, minalaması, indi də dinc insanların orada həlak olması və ən mühümü, onları məcbur torpaqlardan uzaqlaşdıranda evlərini, hətta öz heyvanlarını yandırması, məhv etməsi, kəsməsi, bütün bunların hamısı Allahın dediklərinə üsyan etməkdir. Ona görə də bunlar fəlakətlərə gətirib çıxarıb”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə REAL TV-yə müsahibəsində deyib.

Dünyanın, qonşu dövlətlərin erməni vəhşiliyinə səssiz qaldığını deyən Şeyx sözlərinə belə davam edib:

“Bizim torpaqlarımızda mədəniyyət irsimizə hörmət olunmadı. Məscidlərimiz dağıdıldı, orada donuzlar saxlanıldı. Bu cür məsələlərdə dünya ictimaiyyəti, bizim qonşularımız heç olmasa bir dəfə səslərini çıxarıb, bizi müdafiə etdilərmi? Yaxşı, oradakı müsəlmanlar etmədilər. Xristianların da kilsələri yandırıldı, dağıdıldı. Onlar da səslərini çıxarmadılar. Amma indi bəzi yerlərdən havadarlar çıxır ki, nəyə görə orada bu kilsə belə oldu, bu məscid yandırıldı…?!”

 


Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top