Məzahir Əfəndiyev: “Şuşa Bəyannaməsi iki ölkə arasında qardaşlığın yeni tarixi mərhələsidir”

GÜNDƏM 15 iyn 2022, 12:47
“Şuşa Bəyannaməsini iki ölkə arasında qardaşlığın yeni tarixi mərhələsidir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib. Deputat qeyd edib ki, Cənab Prezdient İlham Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi bu böyüklük istər müharibədə nümayiş etdirdiyi sərkərdəliyi, istərsə də göstərdiyi müdrikliyi imkan verir ki, Azərbaycan-Türkiyə münasibətləri bundan sonra daha da inkişaf etsin:

“Heç şübhəsiz ki, bu gün bölgədə və regionda qüvvələr nisbəti dəyişir. Bir neçə il bundan öncə Türkiyə daha güclü idi, bu gün isə güclü dövlət olaraq mövcuddur. Lakin Türkiyəni də regionda narahat edən bir çox vacib reallıqlar var. Təbii ki, Azərbaycan hər zaman Türkiyənin yanında olacaq. Çünki Cənab Prezident  İlham Əliyevin hər zaman söylədiyi kimi, bizim sözümüzün də imzamız qədər çəkisi var. Yəni, prezident İlham Əliyev bugünə qədər hansı sənədə imza atıbsa, həmin o sənədin qorunub saxlanmasını, həmin sənəddə öz əksini tapmış müddəaların reallaşması üçün hər zaman xidmət göstərib. O baxımdan hesab edirəm ki, Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi də kifayət qədər yaxşı olacaq. Bu iki dövlətin qarşılıqlı olaraq bir-birilərinə ifadə etdiyi hörmət hər zaman qorunub saxlanılmalıdır. Hesab ediərm ki, Azərbaycan xalqı da, Türkiyə milləti də məhz bu Bəyannamənin şərtlərini həyata keçirməsi üçün bütün hazırlıqlarını davamlı olaraq həyata keçirəcək. Hesab edirəm ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını, birliyini bütün dünyaya bildirən bir mesajdır. Bu Bəyannamə Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtəsidir və Azərbaycanın gücünə güc qatan bir bəyannamədir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top