Azərbaycanda peyvənd olunanların SON STATİSTİKASI

SOSİAL 12 iyn 2022, 17:15
Azərbaycanda son sutkada 1 434 nəfər vaksinasiya olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 205, ikinci doza vaksinlərin sayı 150 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 965-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 114 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 744 943, birinci doza peyvəndlərin ümumi sayı 5 350 968, ikinci doza vaksinlərin sayı 4 851 055 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 295 425, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 247 495 olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top