Bakıda Gənc Müəllimlərin II Forumu keçirildi — YENİLƏNİB

SOSİAL 11 iyn 2022, 11:45
Gənc Müəllimlərin II Forumu keçirilib.

Demokrat.az
xəbər verir ki, Azərbaycan Gənc Müəllimlər Asssosiasiyasının təşkil etdiyi Forumda müxtəlif bölgələrdən yaşı 35-ə qədər olan 300 müəllim iştirak edib.

Tədbirin məqsədi müəllimlərin bacarıqlarının artırılmasıdır.

Forumda təhsil naziri Emin Əmrullayev, Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru  Cəfər Cəfərov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva,  Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə iştirak edib.

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev son illərdə müəllim peşəsinə marağın artdığını, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri vurğulayıb, ölkəmizdə təhsil sahəsində həyata keçirilən mühüm təşəbbüslərdən bəhs edib.

Forumda Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Cadenza Orkestrinin ifası və dəyərli spikerlərin müxtəlif məzmunda çıxışlar edilib.

Tədbir gənc müəllimlərin çıxışları və tədris təcrübəsi ilə fərqlənən müəllimlərin təltif olunması ilə yekunlaşıb.

***10:14

Bakıda Gənc Müəllimlərin II Forumu keçirilir.


Demokrat.az xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycan Gənc Müəllimlər Asssosiasiyasıdır.

Forumda müxtəlif bölgələrdən yaşı 35-ə qədər olan 300 müəllim iştirak edir.

Tədbirin məqsədi müəllimlərin bacarıqlarının artırılmasıdır.

Forumda təhsil naziri Emin Əmrullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə iştirak edir.




Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top