Rusiyanın Baş naziri Mixail Mişustin ölkənin Ümumdünya Turizm Təşkilatından çıxması haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni rəsmi hüquqi informasiya portalında yerləşdirilib.
Sənədə əsasən, Rusiya Federasiyasının beynəlxalq müqavilələri haqqında" Federal Qanunun 36-cı maddəsinə uyğun olaraq, Rusiya Xarici İşlər
Nazirliyinin Rusiya Federasiyasının Dünya Turizmindən çıxması barədə federal icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təklifi qəbul edilib.
Demokrat.az

