“Bakıda yağış sularını axıtmaq üçün şəbəkə yoxdur” — “Azərsu”dan açıqlama

GÜNDƏM 10 iyn 2022, 17:49
“Bakıda və Abşeron yarımadasında yağış suları üçün şəbəkə yoxdur”.

Bunu “Azərsu” ASC-nin Tullantı su şəbəkələrinin idarə edilməsi şöbəsinin rəisi Xalid Abbasov deyib.

O bildirib ki, cəmi 10% yağış sularını ötürmək üçün şəbəkə mövcuddur: “Buna görə də yağış suları birbaşa bizim su şəbəkəsinə daxil olur. Yağış suları təmizləyici qurğulara və ya kollektorlara axıdılır. Biz şəbəkənin yüklənməsi vaxtı yağış sularının dənizə axıdılmasına məcbur oluruq”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top