“Birbaşa ünsiyyətin qurulması Rusiyanın Cənubi Qafqazda iştirakçılığını ciddi sual altında qoya bilər” — ŞƏRH

GÜNDƏM 10 iyn 2022, 16:25
“Son günlər Laçın rayonunun müxtəlif kəndlərinə səfər edən azərbaycanlıların rus sülhməramlı qüvvələri tərəfindən qarşısının alınması  və onların incidilməsi ilə bağlı məlumatlar  yayılmaqdadır. Hesab edirəm ki, bu, Rusiya sülhməramlı qüvvələrinin növbəti özbaşınalığının göstəricisidir. Xüsusilə də, nəzərə alsaq ki, son dövrlər Azərbaycan-Ermənistan arasında münasibətlərin tənzimlənməsində irəliyə doğru ciddi addımların atılması prosesinə başlanılıb”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Anar Əliyev deyib. Politoloq qeyd edib ki, indiki zamanda sülhməramlı qüvvələr tərəfindən belə təxribat xarakterli addımların atılması sülh prosesinə, sülh münasibətlərinin qurulmasına kifayət qədər ciddi zərbələr vura bilər:

“Burada əsas məqsəd təbii ki, hələ aprel ayının sonlarından Ermənistanda başladılan təxribat addımların, iğtişaşların, hökumət əleyhinə aksiyaların təşkil olunmasındakı əsas məqsədlə üst-üstə düşür. Məsələ ondadır ki, 6 aprel Brüssel görüşündə də Azərbaycan-Ermənistan arasında münasibətlərin tənzimlənməsi birbaşa formatda, yəni Ermənistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin formalaşması ilə bağlı ciddi razılaşmalar və  irəliləyəşlər əldə olunmuşdur. Bu, təbii ki, Rusiya maraqlarına daban-dabana ziddiyyət təşkil edir. Azərbaycanla Ermənistan arasında birbaşa ünsiyyətin qurulması və münasibətlərin tənzimlənməsi Rusiyanın Cənubi Qafqazda iştirakçılığını ciddi sual altında qoya bilər. Bunu nəzərə alaraq, Rusiya mümkün vəziyyətlərdən istfadə etməklə, həm də Ermənistanda bu təxribatları törətməklə, Ermənistan-Azərbaycan münasibətlərinin birbaşa formatını sıradan çıxarmağa, sabotaj etməyə çalışırdı. Ciddi mənada buna nail ola bilmişdir”. 



“Son günlər Qarabağ bölgəsində separatçı rejimin qüvvələrinin mümkün qədər aktivləşməyə çalışması, onların hansısa “görüşlər” keçirməsi , “dövlət qurumları” adlandırdıqları strukturlarda müzakirələr aparması, eyni zamanda Ermənistan baş prokurorunun qanunsuz bölgəyə səfər etməsi Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Zatulinin İrəvana səfər etməsi, orada keçmiş və indiki separatçı rejimin keçmiş və indiki rəhbərlə görüş keçirməsi, sərsəm bəyanatlar səsləndirməsi, eləcə də Rusiya sülhməramlı qüvvələrinin missiyadan kənar fəaliyyətlərə məşğul olmaları onu göstərir ki, Rusiyada ciddi bir narahatçılıq mövcuddur”.

Politoloqun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında münasibələrin tənzimlənməsinin yeni mərhələsi rəsmi Kreml tərəfindən ciddi narahatçılıqla izlənilir:

“Bütün bu mümkün variantlarda bu prosesin qarşısının alınmasına, mümkün olmazsa prosesin ləngidilməsinə çalışılır. Hesab edirəm ki, Laçın ərazisində də törədilən bu təxribatların məqsədi, hədəfi məhz bundan ibarətdir. Amma Azərbaycan dövlət rəsmi qurumlarının məsələyə açıq şəkildə, sərt şəkildə müdaxilə etməsi, hesab edirəm ki, bu prosesi tezliklə aydınlaşdıracaq və Rusiya sülhməramlı qüvvələrinin özbaşınalığının qarşısı alına bilər və alınmalıdır. Ümumiyyətlə, bir daha daha kəskin şəkildə Qarabağda rus sülhməramlılarının yerləşməsinin məhz Azərbaycanın razılığı əsasında və müvəqqəti dövr üçün bu prosesin başladıldığını bir daha xatırlatmalıyıq onlara və missiyalarına uyğun sülməramlı missiyasının xarakterinə zidd atılacaq addımların həmin rus sülhməranmlı qüvvələrin vaxtında əvvəl ərazilərini tərk etməsi prespektivini ortaya çıxara biləcəyini onlara xatırlatmalıyıq bir daha. Belə təxribat xarakterli addımlardan çəkinməyə çağırmalıyıq. Hesab edirəm ki, bu addımların atılması Rusiya-Azərbaycan arasında mövcud strateji müttəfiqlik münasibətlərə əsaslanan münasibətlərin ruhuna ziddiyyət təşkil edir. Bu, həm də Rusiya dövlət strukturlarının rəhbər şəxslərinin nəzərinə Azərbaycan dövlətinin müvafiq qurumları tərəfindən çatdırılmaldıır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top