Bakı metrosunun sözçüsü: “Polis əməkdaşı o sərnişini saxlaya bilməz”

SOSİAL 10 iyn 2022, 14:37
Dünəndən metroda siqaret çəkən sərnişinin görüntüsü sosial şəbəkələrdə ajiotaj yaradıb. Belə ki, metropolitendə yeni qatarlardan birində orta yaşlı bir kişi sərnişin vaqonunun ortasında siqaret yandırır. Ətrafdakı xanım sərnişinlər yerlərindən duraraq oradan uzaqlaşırlar, digər iki sərnişin isə kişiyə yaxınlaşaraq siqaret çəkməsinin qarşısını almağa çalışır.

Metroda tütün məhsullarının istifadəsi qanunla qadağandır. Bu kimi hallar sadəcə qanun pozuntusu deyil, bütün sərnişinlər üçün həyati təhlükə yarada bilər.

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Demokrat.az-a bildirib ki, bu istiqamətdə araşdırma aparılır:



“Görüntüyə baxanda o sərnişin mənə tanış gəldi. Küçədə yaşayan adamdı. Məncə, onun ruhi vəziyyəti yerində deyil. Amma ona “metroya girmə” demək olmur. Çünki normal gəlib keçir, metroya daxil olur. Onu nə polis, nə də hansısa polis əməkdaşı saxlaya bilməz. Gündə metrodan minlərlə sərnişin istifadə edir, onların hansının normal, hansının qeyri-normal olduğunu necə bilmək olar?! Və ya hansısa qeyri-normal vətəndaşa demək olmaz ki, qatara minmə. 

Məsələ polisin nəzarətindədi, araşdırma gedir. Bu, polisin səlahiyyətində olan məsələdi. Nəticəni ictimailəşdirəcəyik.”

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top