“Rusiya sürətli şəkildə 10 Noyabr Bəyannaməsinin icra edilməsini istəyir” — ŞƏRH

GÜNDƏM 10 iyn 2022, 14:28
Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov ötən gün İrəvana səfər edib. Lavrovun Türkiyə səfərindən dərhal sonra Ermənistana gəlməsi siyasi aləmdə maraq doğurub. Bəs, Ankara səfərinin ardınca Lavrovun İrəvana gəlməsi nə ilə bağlıdır?

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli məsələni Demokrat.az-a şərh edərkən bildirib ki, Rusiyanın hazırda əsas istəyi 10 noyabr Bəyannaməsinin icra edilməsidir.

“Hazırda Rusiyanın gündəmində Ukrayna məsələsi, Türkiyənin isə həm Yunanıstan, həm Ukrayna, həm Suriya, həm də Qarabağ məsələsi var. Bu, Lavrovun iki gün öncəki səfərində, o cümlədən Şoyqunun səfərində də müzakirəyə çıxarıldı.



Əlbəttə ki, məhz bu səfərdən sonra Ermənistana səyahət edən Lavrov mütləq şəkildə bir neçə məsələnin ciddi sürətlə reallaşması ilə əlaqədar fikir bildirdi. Bunlardan biri artıq dəmir yollarına paralel avtomobil yollarının da müəyyən edilməsidir. Əlbəttə ki, delimitasiya və demarkasiya məsələsinə yönəlik birbaşa niyyətlərini yeniləmək istəyini də bildirdi. Düşünürəm ki, qısa müddət ərzində biz bunlara şahid olacağıq. Rusiyanın da hazırda istədiyi və tərəfində olduğu əsas məsələ sürətli şəkildə 10 noyabr razılaşmasının icra edilməsidir. Və məhz bundan da görünür ki, bu, onun həm də Türkiyə qarşısında müəyyən öhdəliklər götürməsinə bağlıdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top