DYP rəisinin rüşvət aldığı iddia edilən səs yazısı yayıldı — AUDİO

SOSİAL 10 iyn 2022, 00:06
Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisinin rüşvət aldığı iddia edilib.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə səs yazıları sosial şəbəkələrdə yayılıb.

Belə ki, polis baş leytenantı Vasif Bəşirlinin pul tələb etdiyi iddia olunur. 

Səslənən iddiaya görə, o, kiminləsə əlbir olub və müxtəlif şəxslərdən rüşvət alaraq onları rayon ərazisində işə düzəldəcəyini vəd edib.

Səs yazısında V.Bəşirli əlbir olduğu adamdan 400-500 manat pul tələb edir. 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, yayılan səs yazısı barədə araşdırma aparılır:

“Bu barədə ətraflı məlumat veriləcək”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top