Ona ömürlük həbs cəzası verən hakimə təşəkkür etdi — FOTO

REGİON 09 iyn 2022, 18:45
Türkiyədə dəhşətli cinayət baş verib.

Demokrat.az xəbər verir ki, Türkiyənin Zonquldak vilayətində Əhməd Ayçələbi adlı kişi arvadı Şahizəri öldürüb.

Davamlı olaraq spirtli içki qəbul edən kişi ilə həyat yoldaşı arasında həmişə mübahisə olub.

Sonuncu mübahisə zamanı kişi arvadının boğazından tutaraq onun başına çəkiclə zərbə endirib.

Qadının öldüyünü görən kişi oğluna, oğlu isə polisə xəbər verib.

Hakim Əhmədə ömürlük həbs cəzası verib. 

O, isə hakimə təşəkkür edib: "Çox sağ olun, cənab hakim. mən arvadımı öldürmüşəm. Çox peşmanam. Məni edam edin".



Malik
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top