Füzulidə qızını qətlə yetirən şəxsdən xəbər var

KRİMİNAL 08 iyn 2022, 09:35
Füzulidə qızını qətlə yetirməkdə təqsirləndirilən Ağarəhim Niftəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Demokrat.az xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cəlil Nəbiyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin martında Füzuli rayon ərazisində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü A.Niftəliyev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı qızı, 1989-cu il təvəllüdlü Ramilə Əsədovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb.

O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib

A.Niftəliyeva qarşı Cinayət Məcəlləsinin 120.1.-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top