İnvestorların "Azərişıq" ASC-yə qoşulma istəyinə 20 gün ərzində baxılacaq

SOSİAL 06 iyn 2022, 22:56
Yerli və xarici investorların olduqları ərazini tərk etmədən "Azərişıq" ASC-yə qoşulma istəyinə 20 gün ərzində baxılacaq.

Bu  fikirləri Azərişıq" ASC-nin İnformasiya Texnologiyaları Departamentinin direktor müavini Vüsal İsayev deyib.

O bildirib ki, investorlar elektron hökumət portalı üzərindən identifikasiya kodu ilə daxil olur və müvafiq bölmələri doldurur:

"Bütün məlumatlar yazıldıqdan sonra müraciət göndərilir. Bu onun tarixçəsində qalır".

V.İsayevin sözlərinə görə, 2 minə yaxın abonentlərin abonent kodunun dəyişdirilməsi ilə bağlı daxil olan müraciətlərin daha operativ həyata keçirmək məqsədilə yeni xidmət əlavə edilib: "Mobil telefon vasitəsi ilə də sistemə daxil olub bu müraciəti edə bilər. Müraciətə baxılma müddəti 24 saatdır".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top